Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alan var

22:35 - 16 Avqust 2021 tarixində dərc olunub.

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Emin Xanlar oğlu Qasımlı xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: