Ucnoqta.az
www.ucnoqta.az

Samuxda avtomobil piyadanı vurub

22:22 - 16 Avqust 2021 tarixində dərc olunub.

Samuxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, hadisə rayon mərkəzində baş verib.

Avtomobil gənc oğlanı vurub. Ağır xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: