Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə iki avtomobil toqquşub - <font color=red><b>xəsarət alanlar var</b></font>

15:10 - 16 Avqust 2021 tarixində dərc olunub.

Göygöl rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.
VAZ-2106 və QAZ-24 markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Elgün Əmiraslanov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: