Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda "patı" və "şüşə" satan şəxs saxlanılıb - <font color=red><b>Foto</b></font>

13:57 - 16 Avqust 2021 tarixində dərc olunub.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini, 45 yaşlı Fəxrəddin Mirzəyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" və "şüşə" adlanan psixotrop maddə maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: