Ucnoqta.az
www.ucnoqta.az

Bakı sakini qardaşı arvadını bıçaqladı

22:30 - 15 Avqust 2021 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Apa xəbər verir ki, hadisə 2-ci Zabrat qəsəbəsi, Əzizbəyov küçəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Babayeva Səmiyyə Məhəmməd qızı qəfil yaşadığı evdə qaynının bıçaqlı hücumuna məruz qalıb. Qadın sol döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Müəllif: