Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə “NİVA” aşıb, <font color=red><b>3 nəfər xəsarət alıb</b></font>

23:28 - 14 Avqust 2021 tarixində dərc olunub.

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayon ərazisində hərəkətə olan “NİVA” markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: