Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə minik avtomobili yanıb

20:19 - 14 Avqust 2021 tarixində dərc olunub.

Kürdəmir rayonunun Xınıslı kəndində “BАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: