Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda 11-ci sinif şagirdi intihar etdi

10:00 - 14 Avqust 2021 tarixində dərc olunub.

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə axşam saat 22:30 radələrində rayonun Ulaşlı Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 2005-cinil təvəllüdlü Rüstəmov Kənan Arif oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Valideynləri Kənan Rüstəmovu təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Ulaşlı Şıxlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi olan K.Rüstəmovun özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil.

Müəllif: