Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda 22 yaşlı gənc qətlə yetirilib

22:28 - 13 Avqust 2021 tarixində dərc olunub.

Qazax rayonunda gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

"Report"un məlumatına görə, Qazax rayon İkinci Şıxlı kənd sakini, 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu mübahisə zəminində ürəyə yaxın nahiyədən bıçaqlanıb. O, bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Müəllif: