Ucnoqta.az
www.ucnoqta.az

Qubada fəhlənin hündürlükdən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb

15:21 - 13 Avqust 2021 tarixində dərc olunub.

Avqustun 12-si saat 17 radələrində Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba Rayon Prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə,ilkin araşdırmalarla müəyyən olunub ki, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən “Şaving İnşaat” MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Müəllif: