Ucnoqta.az
www.ucnoqta.az

Qubada avtomobillə vurulan piyada ölüb - <font color=red><b>FOTO</b></font>

12:50 - 13 Avqust 2021 tarixində dərc olunub.

Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, "Hyundai" markalı minik avtomobili Quba şəhər sakini 1957-ci il təvəllüdlü Sənurə Müdhət qızı Əliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: