Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada 26 yaşlı gənci ilan sancıb

20:08 - 12 Avqust 2021 tarixində dərc olunub.

Zaqatalada 26 yaşlı gənci ilan sancıb.

Hadisə rayonun Çobankol kəndində qeydə alınıb. Belə ki, bu gün saat 16 radələrində kənd sakini, 1995-ci il təvəllüdlü Efrayıl Məhyəddin oğlu İsmayılov ilan sancması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı E. İsmayılov Yuxarı Tala kəndinin inzibati ərazisində dəmir yığan zaman ilan onun sol qolunun said nahiyəsindən sancıb. E. İsmayılova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.///apa

Müəllif: