Ucnoqta.az
www.ucnoqta.az

Ceyranbatan su anbarında yanğın başlayıb

18:09 - 12 Avqust 2021 tarixində dərc olunub.

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.

Yanğın Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, geniş əraziyə yayılmasının qarşısı alınıb.

Məlumatı FHN-dən "Report"a təsdiqləyiblər.

Müəllif: