Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda başlayan yanğın söndürülüb

13:30 - 12 Avqust 2021 tarixində dərc olunub.

Oğuz rayonunda bas verən yanğın bu gün səhər saatlarında söndürülüb.

Yüksək dağlıq ərazidə qeydə alınan yanğın zamanı 1 hektar sahədə ot və kol-kos yanıb. Yanğının daha geniş əraziyə yayılmamasının da səbəbi həmin ərazinin yaşıllıq olması ilə əlaqədardır.

Qeyd edək ki, yanğın Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb. Güclü külək və ərazinin relyefinin çətin olması səbəbindən yanğını yalnız bu gün söndürmək mümkün olub.///report

Müəllif: