Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildə 74 yaşlı qadının meyiti tapılıb

12:15 - 12 Avqust 2021 tarixində dərc olunub.

Bakıda mənzildə qadın meyiti tapılıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Naab Nina Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: