Ucnoqta.az
www.ucnoqta.az

UEFA Superkubokunun qalibi məlum olub

09:12 - 12 Avqust 2021 tarixində dərc olunub.
UEFA Superkuboku uğrunda oyun baş tutub. Ucnoqta.az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən görüşdə İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları qarşıalşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında "Çelsi" daha dəqiq olaraq (6:5) Superkubokun qalibi olub. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 1:1(Penaltilər - 6:5) Qollar: Ziyeş, 27 (1:0), Moreno, 73 (1:1) Baş hakim: Sergey Karasyov (Rusiya) Belfast. "Uindzor Park" stadionu
Müəllif: