Ucnoqta.az
www.ucnoqta.az

Qubada "Shachman" "Niva" ilə toqquşub -<font color=red><b> xəsarət alanlar var</b></font>

22:25 - 11 Avqust 2021 tarixində dərc olunub.

Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alan var.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun İsnovqışlaq kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, "Shachman" markalı yük avtomobili ilə "Niva" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Müəllif: