Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada azərbaycanlı iş adamını öldürənlər məlum olub

23:00 - 10 Avqust 2021 tarixində dərc olunub.

Ukraynanın Odessa şəhərində qətlə yetirilən 25 yaşlı azərbaycanlı iş adamı Laçın Məmmədovun qatili müəyyən edilib.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, bu 35 yaşlı Gürcüstan əsilli Rusiya vətəndaşı Roman Bayram oğlu Qurbanovdur. İlkin araşdırma zamanı məlum olub ki, o və qətldə şübhəli bilinən Elmuraz Məmmədov Odessaya 2 həftə əvvəl gəliblər.

Qətldə təqsirli bilinənlər bu müddət ərzində Laçın Məmmədovu izləyiblər. Bundan sonra öz niyyətlərini həyata keçirə biliblər.

Hazırda onların axtarışı gedir.

Müəllif: