Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə iki avtomobil toqquşub - <font color=red><b>2 nəfər xəsarət alıb</b></font>

22:27 - 10 Avqust 2021 tarixində dərc olunub.

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: