Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə ağac avtomobilin üzərinə aşıb - <font color=red><b>Foto</b></font>

22:14 - 10 Avqust 2021 tarixində dərc olunub.

Kürdəmir şəhərində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 58 yaşlı Mirzəliyev Elşən Məhəmmədəli oğlu “Toyoto” markalı avtomobilini yolun kənarında saxlayaraq mağazaya daxil olub.

Bu zaman yol kənarındakı iri gövdəli ağac kökündən qoparaq avtomobilin üzərinə aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Xoşbəxtlikdən hadisə zamanı avtomobildə heç kim olmayıb.

Müəllif: