Ucnoqta.az
www.ucnoqta.az

Yasamalda binanın girişində narkotik istifadəçisi saxlanılıb - <font color=red><b>Foto</b></font>

16:52 - 10 Avqust 2021 tarixində dərc olunub.

Polis tərəfindən sosial şəbəkələrdə Yasamal rayonunda yaşayış binalarının birində narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü, Abşeron rayon sakini Emil Dadaşov müəyyən olunaraq saxlanılıb.

Müdafiəçisinin iştirakı ilə saxlanılan şəxsin üzərinə videoçəkilişlə baxış keçirilib, onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

 

Müəllif: