Ucnoqta.az
www.ucnoqta.az

Ucar sakini su kanalında boğulub

20:44 - 9 Avqust 2021 tarixində dərc olunub.

Ucar sakini kanalda çimərkən boğularaq ölüb.

Hadisə bu gün axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib.

Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Vahid oğlu Abbasov dostları ilə Qazyan kanalında çimərkən boğulub. Onun meyiti sakinlərin köməkliyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: