Ucnoqta.az
www.ucnoqta.az

Tovuz sakinini elektrik cərəyanı vurub

20:08 - 9 Avqust 2021 tarixində dərc olunub.

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kazımov Kazım Mobil oğlunu avtomobil yuma məntəqəsində elektrik cərəyanı vurub. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, 27 yaşlı kişi elektrik cərəyanı ilə ehtiyatsız davranıb.

Müəllif: