Ucnoqta.az
www.ucnoqta.az

Qaxda 1 ton 700 kiloqram çətənə kolu məhv edilib - <font color=red><b>FOTO</b></font>

11:17 - 9 Avqust 2021 tarixində dərc olunub.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 700 kiloqram olan 5431 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Müəllif: