Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə hava limanı yaxınlığında yanğın olub

17:55 - 8 Avqust 2021 tarixində dərc olunub.

Türkiyədə Dalaman hava limanı yaxınlığında yeni meşə yanğını ocağı meydana gəlib.

Bu barədə TRT məlumat yayıb.

Məlumata görə, Muğla vilayətindəki şəhər aeroportunun uçuş-eniş zolağından 400-500 metr məsafədə yerləşən meşə zolağında baş verən yanğın hava limanının fəaliyyətinə təsir etməyib.

Hazırda yanğının lokallaşdırılması üçün qurudan və havadan müvafiq fəaliyyət həyata keçirilir.///oxu.az

Müəllif: