Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda avtobusda dava düşdü - <font color=red><b>VİDEO</b></font>

15:33 - 8 Avqust 2021 tarixində dərc olunub.

Sumqayıtda avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb.

Ucnoqta.az Bakupost.az-a istinadən xəbər verir ki, sakinlər 3 nömrəli şəhər avtobusunda kondisionerin işləməməsindən narazılıq ediblər.
Sürücü isə kondisionerlərin işləməməsinin səbəbini Sumqayıt İcra Hakimiyyətinin əmrindən asılı olduğunu deyir.

Sumqayıt İH isə dəfələrlə edilən şikayətlərə cavab olaraq bildirib ki, bu avtobusların kondisionerlərində yaranmış nasazlıqdır, tez bir zamanda aradan qaldırılacaq.
Deyilənlərə baxmayaraq, problem illərdir öz həllini tapmayıb.
Məlumat üçün bildirək ki, Sumqayıtda fəaliyyət göstərən marşrutlarda kondisionerlər ilin heç bir mövsümündə işləmir.
Həmin videonu təqdim edirik:

Müəllif: