Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə batan 74 yaşlı kişinin meyiti çıxarılıb

12:24 - 8 Avqust 2021 tarixində dərc olunub.

Bilgəhdə dənizdə batan 74 yaşlı kişinin meyiti çıxarılıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1947-ci il təvəllüdlü Həsənov Nizami Əbülfət oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: