Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəydə restoran sahibi cərimələndi

11:15 - 8 Avqust 2021 tarixində dərc olunub.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, tədbirlər zamanı “Ovqat” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı sarayın inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: