Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda "VAZ-2107" "Mercedes"lə toqquşub, <font color=red><b>xəsarət alan var - FOTO</b></font>

21:45 - 7 Avqust 2021 tarixində dərc olunub.

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "Mercedes Benz" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində sürücülərdən biri (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: