Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ağaclıq ərazidə baş verən yanğın söndürülüb -<font color=red><b> FOTO - YENİLƏNİB</b></font>

13:23 - 7 Avqust 2021 tarixində dərc olunub.

Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə baş veren yanğın söndürülüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.

***12:46

Bakının mərkəzində ağaclıq ərazi yanır.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta-az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Müəllif: