Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıt sakini Biləsuvarda “patı” ilə saxlanılıb

10:43 - 7 Avqust 2021 tarixində dərc olunub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Mirseyidov Biləsuvar rayonu ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 44 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: