Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə 61 yaşlı qadının meyiti tapılıb

16:31 - 6 Avqust 2021 tarixində dərc olunub.

Kürdəmir sakininin meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə rayonun Soltan Şıxəliyev küçəsində qeydə alınıb. Kürdəmir bazarında xadimə işləyən 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızının meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.///Apa

 

Müəllif: