Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ağacları kəsən şirkət cəzalandırılıb

14:53 - 6 Avqust 2021 tarixində dərc olunub.

Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Ucnoqta.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Müəllif: