Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 13 yaşlı qız özünü 4-cü mərtəbədən atıb

06:58 - 6 Avqust 2021 tarixində dərc olunub.
Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü A.V özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. Yaralı ağır vəziyyətdə təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub. Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.///report
Müəllif: