Ucnoqta.az
www.ucnoqta.az

Toyda 16 nəfəri ildırım vurub öldürdü

21:12 - 4 Avqust 2021 tarixində dərc olunub.

Banqladeşdə toy zamanı 16 nəfəri ildırım vuraraq öldürüb.  

Ucnoqta.az xəbər verir ki, hadisə Padma çayında baş verib. Toy iştirakçıları qayıqla çayı keçərkən ildırım düşüb. Nəticədə 16 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir.///lent.az

Müəllif: