Ucnoqta.az
www.ucnoqta.az

Son sutkada 68 mindən çox vaksin vuruldu

21:00 - 4 Avqust 2021 tarixində dərc olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 021 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 934, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 087 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 187 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 013 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 173 808 təşkil edir.

Müəllif: