Ucnoqta.az
www.ucnoqta.az

Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə yeni <font color=red><b>TƏYİNAT</b></font>

16:03 - 4 Avqust 2021 tarixində dərc olunub.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib.

Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərində verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülmüşdülər.

Müəllif: