Ucnoqta.az
www.ucnoqta.az

Çexiyada sərnişin qatarları toqquşub - <font color=red><b>Ölənlər və yaralılar var - FOTO</b></font>

13:30 - 4 Avqust 2021 tarixində dərc olunub.

Çexiyanın qərbindəki Domajlitse şəhəri yaxınlığında iki sərnişin qatarı toqquşub.

Ucnoqta.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub. Daha 40 nəfərin xəsarət aldığı bildirilib.

Xəsarət alanlardan 7 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın səbəblərinin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb. İlkin ehtimallara görə, toqquşmaya maşinistlərdən birinin diqqətsizliyi və qırmızı işığa fikir verməməsi səbəb olub.///trend

Müəllif: