Ucnoqta.az
www.ucnoqta.az

Bakı sakini xəstəxananın qarşısında qaynı tərəfindən bıçaqlanıb

07:43 - 4 Avqust 2021 tarixində dərc olunub.
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Özəl klinikaların birinin qarşısında 1984-cü il təvəllüdlü Hüseynov Elşən Məmmədağa qaynı ilə əlbəyaxa dava zamanı başından bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Müəllif: