Ucnoqta.az
www.ucnoqta.az

Dollara tələb azalıb - <font color=red><b>Valyuta hərracı keçirildi</b></font>

12:56 - 3 Avqust 2021 tarixində dərc olunub.

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Ucnoqta.az AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 43,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 iyul 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 12,6% azalıb.///apa

Müəllif: