Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə yol qəzası olub, xəsarət alanlar var

21:08 - 2 Avqust 2021 tarixində dərc olunub.

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb. Yol nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım brİqadası cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: