Ucnoqta.az
www.ucnoqta.az

Ermənilər Kəlbəcərdə ordumuza məxsus “Ural”ı vurub? - <font color=red><b>MN</b></font>

20:32 - 2 Avqust 2021 tarixində dərc olunub.

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.

 

Müəllif: