Ucnoqta.az
www.ucnoqta.az

“Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı –<font color=red><b>ANBAAN VİDEO</b></font>

20:21 - 2 Avqust 2021 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində baş verib:

“Ölümlə nəticələnən yol-nəqliyyat hadisə bu gün 18:09 radələrində baş verib. 90-FD-955 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək piyadanı vurub. Təxminən 30 yaşlı şəxs hadisə yerində vəfat edib”.

O qeyd edib ki, sürücü daha sonra üç avtomobilə çırpılıb.

Həmin videonu təqdim edirik:

Müəllif: