Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə 2 yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb

20:03 - 2 Avqust 2021 tarixində dərc olunub.

Kürdəmir rayonunda körpəni elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Muradxan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Qəribov İxtiyar Əşrəf oğlu həyətdə oynayarkən onu elektrik cərəyanı vurub. Körpə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: