Ucnoqta.az
www.ucnoqta.az

Bakıda zavod ərazisində yanğın olub

23:42 - 1 Avqust 2021 tarixində dərc olunub.

Bakı şəhərinin Xətai rayonunda zavod ərazisində ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət tikili (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: