Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

21:49 - 1 Avqust 2021 tarixində dərc olunub.

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Borsunlu-Qazaxlar yolunda qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: