Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda evdə yanğın olub

21:32 - 1 Avqust 2021 tarixində dərc olunub.

Biləsuvar rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: