Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda iki avtomobil toqquşub - <font color=red><b>3 nəfər xəsarət alıb</b></font>

20:31 - 1 Avqust 2021 tarixində dərc olunub.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü Mustafayev Azər Qəfər oğlu, 1987-ci il təvəllüdlü Ağayeva Şaymən İlqar qızı və 2002-ci il təvəllüdlü Xasməmmədli Tapdıq Ayaz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: