Ucnoqta.az
www.ucnoqta.az

ATV-nin qarşısında kanalın əməkdaşının maşınını qarət etdilər - <font color=red><b>Foto</b></font>

15:45 - 1 Avqust 2021 tarixində dərc olunub.

Bakıda Azad Azərbaycan (ATV) televiziyasınn qarşısında oğurluq hadisəsi baş verib.

Ucnoqta.az Manset.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal Rayonu, Şərifzadə küçəsi 74 ünvanında günorta saatlarında kanalın əməkdaşı Rüfət Məmmədovun “Nissan Micra” markalı 90-TM-713 dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsi sındırılıb. Naməlum şəxs və ya şəxslər maşndan operatorun pul qabını oğurlayıblar.

R.Məmmədov hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Qaynar Xətt” xidmətinə məlumat verib. Faktla bağlı Yasamal rayon polis idarəsinin 28-ci bölməsində araşdırma aparılır.

Müəllif: