Türkiyənin Muğla bölgəsinin Datça rayonunda 4,5 bal gücündə zəlzələ olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanın 6,74 km dərinlikdə qeydə alındığı bildirilib. Zəlzələnin episentrindən Datçaya qədər olan məsafə isə 44,9 kilometr olub.